Modern.az

Ağac kəsərkən başına budaq düşüb öldü

Ağac kəsərkən başına budaq düşüb öldü

17 May 2023, 09:10

Daşkəsəndə ağac kəsən kişinin başına budaq düşərək ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Həsənov Səməd Kamandar oğlu meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər