Modern.az

Lənkəranda 4 maşın toqquşdu - Xəsarət alanlar var

Lənkəranda 4 maşın toqquşdu - Xəsarət alanlar var

18 May 2023, 15:46

Lənkəranda zəncirvari yol qəzası olub.

 

Modern.az məlumat verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

90-OV-097 dövlət qeydiyyat nömrə nişanlı, "NİVA" markalı minik avtomobili, 44-BG-327 dövlət qeydiyyat nömrə nişanlı, "VAZ-2106" markalı minik avtomobili, 90-TP-707 nömrə nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil və 99-XD-943 nömrə nişanlı, "Ford Transit" markalı yük avtomobili toqquşub. Sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov və piyada Gülnaz Fərman qızı Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi