Modern.az

İki azyaşlını it dişlədi - Vəziyyətləri ağırdır

İki azyaşlını it dişlədi - Vəziyyətləri ağırdır

Hadisə

18 May 2023, 23:16

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbilov Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

 

Azyaşlıların valideyinləri bildiriblər ki, övladlarının vəziyyətləri ağırdır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal