Modern.az

Qəbələdə \"Ford\" piyadanı vurub öldürdü

Qəbələdə \

20 May 2023, 10:36

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə mayın 17-si axşam saatlarında Qəbələ şəhəri ərazisində baş verib.

 

Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq, dünən vəfat edib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi