Modern.az

Azyaşlı quyuya düşüb öldü 

Azyaşlı quyuya düşüb öldü 

Hadisə

21 May 2023, 19:23

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

 

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal