Modern.az

Bakının mərkəzində YANĞIN

Bakının mərkəzində YANĞIN

22 May 2023, 08:38

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb.

 

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi