Modern.az

ABŞ “Türk Evi”nə hücumu PİSLƏDİ

ABŞ “Türk Evi”nə hücumu PİSLƏDİ

Hadisə

23 May 2023, 09:56

ABŞ Dövlət Departamenti Nyu-Yokda “Türk Evi”nə edilən hücumu pisləyib.


Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller danışıb.

 

Onun sözlərinə görə, departamentin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq mühafizə orqanları ilə birlikdə məsələni araşdırır.

 

“Biz vandalizmi qınayırıq. ABŞ-da zorakılıq, diplomatik cinayətlərin cəzası var”, - Miller qeyd edib.

 

Qeyd edək ki, Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu üçün səs verən zaman naməlum şəxslər "Türk evi"nə hücum edib. Hadisə zamanı binanın ön şüşələri sındırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər