Modern.az

Qobustandakı qəzada ölənlərin sayı ARTDI

Qobustandakı qəzada ölənlərin sayı ARTDI

Hadisə

23 May 2023, 10:39

Ötən gün Qobustanda baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 

Bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

 

Xatırladaq ki, ötən gün səhər saatlarında Qobustanın Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər