Modern.az

Ələt-Astara yolunda ağır qəza - Yaralılar var

Ələt-Astara yolunda ağır qəza - Yaralılar var

Hadisə

24 May 2023, 08:16

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər - 1971-ci il təvəllüdlü Xalidə Quliyeva, 1971-ci il təvəllüdlü İlhamə Quliyeva və 1998-ci il təvəllüdlü Əsəd Quliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər