Modern.az

Maşınla vurulan qadın xəstəxanada öldü

Maşınla vurulan qadın xəstəxanada öldü

Hadisə

24 May 2023, 09:16

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə mayın 22-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi “Ford Transit” markalı minik avtomobillə hərəkətdə olarkən piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub. Qadın bədən xəsarətlərindən mayın 23-də müalicə aldığı klinikada ölüb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər