Mayın 24-ü saat 02 radələrində Gürcüstan Respublikasının vətəndaşı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Hüseynov Aftandil Samir oğlu qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə müraciət edib.
Modern.az-ın məlumatına görə, ilkin araşdırma zamanı sonuncunun Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində naməlum şəxs tərəfindən bıçaqlanması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.