Modern.az

Hoteldə 44 yaşlı kişini döyənlər tutuldu

Hoteldə 44 yaşlı kişini döyənlər tutuldu

Hadisə

24 May 2023, 12:50

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən məlumat verilib.

 

DİN-in mətbuat xidmətinin  əməkdaşı Nurlan Əliyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

 

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər