Modern.az

Polis qidadan zəhərlənərək ÖLDÜ

Polis qidadan zəhərlənərək ÖLDÜ

25 May 2023, 08:00

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

 

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi