Modern.az

Maşın kanala düşdü - Ölən və yaralılar var 

Maşın kanala düşdü - Ölən və yaralılar var 

Hadisə

26 May 2023, 21:33

Masallıda “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Məlumata görə, qəza nəticəsində sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ 217030” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir