Modern.az

Tovuz sakini minaya düşdü - YENİLƏNİB

Tovuz sakini minaya düşdü - YENİLƏNİB

Hadisə

27 May 2023, 09:25

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

 

Onun sol ayağından xəsarət aldığı bildirilir.

 

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

 

***

09:16

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, Tovuz rayon sakini, Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

 

Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü