Modern.az

Nazirlikdən gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Hadisə

27 May 2023, 16:38

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

 

FHN-nin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

FHN bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal