Modern.az

38 yaşlı kişinin ölümünə görə cinayət işi açıldı 

38 yaşlı kişinin ölümünə görə cinayət işi açıldı 

27 May 2023, 20:40

Cəlilabad sakininin qətli ilə bağlı cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

 

Məlumata görə, mayın 27-si Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İbtidai istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi