Modern.az

Qaraçuxurda güclü YANĞIN

Qaraçuxurda güclü YANĞIN

Hadisə

28 May 2023, 15:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus hər mərtəbəsi 110 kvadratmetr olan altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğının genişlənərək qonşu tikililərə keçmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə qonşu tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində evin ikinci mərtəbəsinin üç otağı və dam örtüyü 110 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və qonşu tikililər alovdan mühafizə edilib.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə atışma - Hərbcilərimiz yaralandı