Modern.az

Şabranda 65 yaşlı kişi itkin düşüb

Şabranda 65 yaşlı kişi itkin düşüb

29 May 2023, 09:18

Şabranda 65 yaşlı kişi itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mersedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

 

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər