Modern.az

Göyçayda iki maşın toqquşdu - Yaralananlar var

Göyçayda iki maşın toqquşdu - Yaralananlar var

29 May 2023, 17:24

Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, qəza Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

 

Məlumata görə, "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi