Modern.az

Minik avtomobillərini daşıyan yük maşını aşdı

Minik avtomobillərini daşıyan yük maşını aşdı

Hadisə

30 May 2023, 09:48

Zaqatalada Gürcüstana məxsus yük maşını aşıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobillərini daşıyan yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə dəyib. Qəzadan sonra yük maşınının qoşqusu aşıb.

 

Qoşquda olan minik avtomobilləri zədələnib. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür