Modern.az

İranla sərhəddə əməliyyat - Saxlanılanlar var (FOTO)

İranla sərhəddə əməliyyat - Saxlanılanlar var (FOTO)

Hadisə

30 May 2023, 11:48

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

May ayının 28-də saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılıb, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulmuş 1 (bir) ədəd universal termal nişangahı aşkar edilərək götürülüb.

 

May ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılıb.

 

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb.

 

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı