Modern.az

Lənkəranda 14 yaşlı qızı maşın vurdu

Lənkəranda 14 yaşlı qızı maşın vurdu

Hadisə

30 May 2023, 17:00

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Lerik rayonunun Rvarud kənd sakini 1974 -cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal