Modern.az

Rus Dram Teatrının avtobusu qəzaya düşdü

Rus Dram Teatrının avtobusu qəzaya düşdü

Hadisə

30 May 2023, 18:25

Şəkidə yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib. Nəticədə avtobusun 2 yan şüşəsi sınıb.

 

Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü xəsarət almayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal