Modern.az

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı, 2-si döyüldü

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı, 2-si döyüldü

Hadisə

31 May 2023, 08:07

Bakının Binəqədi rayonunda yerləşən mağazada dava düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2003-cü il təvəllüdlü Xəlilov Vasif Rövşən oğlu, 2002-ci il təvəllüdlü Yusubov Hüseyn Hacıbala oğlu, 2007-ci il təvəllüdlü İbrahimli Firat Zaur oğlu və daha iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal