Modern.az

Özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu

Özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu

31 May 2023, 10:14

Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib.

 

Onun intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?