Modern.az

Həmkəndlisi ilə mübahisə edib havaya atəş açdı

Həmkəndlisi ilə mübahisə edib havaya atəş açdı

Hadisə

1 İyun 2023, 11:22

Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edərək, xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

 

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər