Modern.az

Qadın keçmiş sevgilisini bıçaqladı

Qadın keçmiş sevgilisini bıçaqladı

1 İyun 2023, 11:20

Qaxda bıçaqlanma hadisəsi olub.

 

Modern.az xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən tanışı Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində ona bıçaqla xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir