Modern.az

Modeli döyən sevgilisi HƏBS EDİLDİ 

Modeli döyən sevgilisi HƏBS EDİLDİ 

1 İyun 2023, 20:31

Bakıda vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür