Modern.az

Qubada 26 yaşlı gənc qətlə yetirildi - Cinayət işi

Qubada 26 yaşlı gənc qətlə yetirildi - Cinayət işi

Hadisə

2 İyun 2023, 07:53

İyunun 2-si saat 01 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İbtidai istintaq davam edir.

 

***

 

İyunun 2-də saat 01:30 radələrində Quba rayonunda 1997-ci təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, rayon sakini 1996-cı təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür