Modern.az

Bir ayda 812 ZƏHƏRLƏNMƏ - 7 nəfər ölüb

Bir ayda 812 ZƏHƏRLƏNMƏ - 7 nəfər ölüb

Hadisə

2 İyun 2023, 09:32

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

 

Mərkəzin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü