Modern.az

Cəlilabadda 14 yaşlı məktəbli itkin düşdü - FOTOLAR

Cəlilabadda 14 yaşlı məktəbli itkin düşdü - FOTOLAR

2 İyun 2023, 10:22

Cəlilabad rayonunda 14 yaşlı məktəbli itkin düşüb.

 

Modern.az xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

 

Məlumata görə, evdən çıxarkən onun əynində ağ köynək, əlində çanta olub.

 

Onu görən şəxslərdən DİN-in "102" xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur. 

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?