Modern.az

Sevgilisi tərəfindən döyülən model: Bıçaqla işgəncə verirdi

Sevgilisi tərəfindən döyülən model: Bıçaqla işgəncə verirdi

Hadisə

3 İyun 2023, 00:22

Sevgilisi tərəfindən döyülən model Razi Əliyeva başına gələnlər barədə "Instagram" hesabında paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, sevgilisi Ziya Hüseynzadə tərəfindən işgəncələrə məruz qaldığını iddia edib və onunla münasibətdə olduğu dönəmdə baş verənlərdən bəhs edib:

 

“Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz. İndi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm.

 

Əvvala onu bildirmək istəyirəm ki, mən münasibətimi subay və ilk baxışdan normal oğlanla başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O, məni döyməyə, təhqir etməyə, işgəncə verməyə, alçaldmağa başlayandan sonra həmişə ayrılmağa çalışmışam, lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə-qorxu ilə bitirdi.

 

O, mənə bıçaqla işgəncə verirdi, 13-cü mərtəbənin pəncərəsindən aşağı atmağa cəhd edirdi, huşumu itirəcək qədər boğurdu və ölümünə döyürdü. Yaydığı videoda dediyim sözləri məni məcbur işgəncə verərək dedizdirib ki, sonra bu video ilə məni şantaj edib yanında saxlasın. Telefonumu əlimdən alaraq məni evə bağlayırdı, mənim adımdam fərqli insanlarla özü yazışırdı ki, növbəti şantajlar üçün əlində nələrsə olsun.

 

Məni tanıyanlar narkotik vasitədən istifadə etmədiyimi təsdiq edə bilər. Lazım olan bütün anlizləri verməyə hazıram. Şəkildə düşən isə özünə məxsus idi və fotonu İspaniyada çəkmişdi. 

 

Mən evli biri ilə görüşmürdüm. Dekabr ayında etdiyi evliliyi və yanvarda boşanmağa verdiyini gizlədirdi. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam. 

 

Bəli, mən abort etmişəm, amma 12 dəfə yox. Abortu ondan etmişdim və heç də peşman deyiləm. Çünki onun kimi ikincisini dünyaya heç vaxt gətirmərəm. Belə pisəmsə, niyə uşağı saxlamağa yalvarırdı? Niyə evlənmək təklif edirdi? Niyə valideynləri ilə tanış edirdi?”.

 

Qeyd edək ki, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən iyunun 1-u həbs edilib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır