Modern.az

Şəmkirdə kütləvi dava - 2 qardaş döyüldü

Şəmkirdə kütləvi dava - 2 qardaş döyüldü

3 İyun 2023, 12:38

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzəyev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.

 

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

 

Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi