Anası və qardaşı arvadını bıçaqlayan şəxs TUTULDU 

Anası və qardaşı arvadını bıçaqlayan şəxs TUTULDU 

3 İyun 2023, 22:20

Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?