Səfirliyin pulunu qumarda uduzan attaşe məhkəmə zalında həbs olundu

Səfirliyin pulunu qumarda uduzan attaşe məhkəmə zalında həbs olundu

5 İyun 2023, 15:42

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən iclasda hökm oxunub.

 

Hökmə əsasən Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə təqsirləndirilir. O, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dollarını ödəyib. Nəcib Osmanov istintaq dövründə həbsdəolmayıb, onun barəsində müddətində həbsə alternativ qətimkan tədbiri seçilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili! Separatçıların keçmiş naziri Artyunyan Laçın postunda tutuldu