Modern.az

Məktəb binasının çökməsinə görə iş icraçısı ittiham olunur

Məktəb binasının çökməsinə görə iş icraçısı ittiham olunur

Hadisə

5 İyun 2023, 18:14

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Bu barədə Modern.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, Babək rayonunun Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

 

İbtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar