Modern.az

20 yaşlı qadını döyüb bıçaqladılar 

20 yaşlı qadını döyüb bıçaqladılar 

5 İyun 2023, 23:52

Biləsuvar rayonunda 20 yaşlı qadın döyülüb və bıçaq xəsarəti alıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

 

Ona lazımi tibbi yardım göstərilib. Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb və bıçaqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal