Modern.az

Yol qəzasında 57 yaşlı qadının beli sındı

Yol qəzasında 57 yaşlı qadının beli sındı

8 İyun 2023, 08:20

Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəcəfova Nəsibə Əliağa qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır .

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər