Modern.az

Mübahisə zamanı tanışını öldürmək istədi - Cinayət işi

Mübahisə zamanı tanışını öldürmək istədi - Cinayət işi

Hadisə

8 İyun 2023, 10:14

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

 

Nərimanov rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır