Canavar kəndə hücum edib - Xeyli qoyun tələf olub

Canavar kəndə hücum edib - Xeyli qoyun tələf olub

8 İyun 2023, 11:04

Bərdədə canavar kəndə hücum edib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.

 

Məlumata görə, kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum çəkən canavarlar ciddi ziyan vurub.

 

V.Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 15 qoyun yoxa çıxıb, 24 qoyun tələf olub, 20 qoyun isə yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir