Modern.az

Su hövzələrindən 78 ədəd sintetik tor götürülüb

Su hövzələrindən 78 ədəd sintetik tor götürülüb

8 İyun 2023, 16:28

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir.

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Astara və Xaçmaz rayonları akvatoriyasından, Kür və Həkəri çaylarından, Mingəçevir və Şəmkir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.

 

Aksiya zamanı həmin su hövzələrindən 3 min 655 metr uzunluğunda 78 ədəd sintetik tor götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi