Modern.az

Lənkəranda diş həkimi bıçaqlandı

Lənkəranda diş həkimi bıçaqlandı

Hadisə

9 İyun 2023, 10:16

Lənkəranda diş həkimi bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

 

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

 

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir