Modern.az

Sükan arxasında infarkt keçirdi - Qəza oldu

Sükan arxasında infarkt keçirdi - Qəza oldu

Hadisə

9 İyun 2023, 10:32

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib.

 

Modern.az xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında baş verib.

 

Məlumata görə, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

 

Bildirilib ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!