Modern.az

Bakı-Quba yolunda maşın aşdı - Xəsarət alan var

Bakı-Quba yolunda maşın aşdı - Xəsarət alan var

10 İyun 2023, 20:30

İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mercedes" markalı yük avtomobili aşıb.

 

Modern.az xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.

 

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır