Modern.az

Prokurorluq Kürdəmirdəki qətl barədə məlumat yaydı

Prokurorluq Kürdəmirdəki qətl barədə məlumat yaydı

Hadisə

11 İyun 2023, 10:02

İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğunun Modern.az-a verilən xəbərə görə, aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü Cümşüd İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cümşüd İslamov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

Qeyd edək ki, ibtidai istintaq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi