Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın məlumatın görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Bəhruz Ələsgər oğlu velosipedlə yolda hərəkət edən zaman onu avtomobil vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.