Modern.az

Mingəçevirdə iki qardaş bıçaqlandı

Mingəçevirdə iki qardaş bıçaqlandı

Hadisə

12 İyun 2023, 12:03

Mingəçevirdə bıçaqlanma olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri - 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və iki qardaş Samir və Seymur Zeynalovlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarətləri alıb.

 

Tərəflərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal