Modern.az

Karxanada bədbəxt hadisə - Usta qolunu itirdi

Karxanada bədbəxt hadisə - Usta qolunu itirdi

13 İyun 2023, 10:35

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu