Modern.az

“Laçın” sərhəd məntəqəsi atəşə tutuldu - Hərbçimiz yaralandı

“Laçın” sərhəd məntəqəsi atəşə tutuldu - Hərbçimiz yaralandı

Hadisə

15 İyun 2023, 09:28

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.

 

Modern.az "Caliber.az"a istinadən xəbər verir ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

 

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.

 

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu